1.7

0.2217

About US

Hörmətli istifadəçi, gömrük qanunvericiliyinə edilən son dəyişikliyə əsasən bağlamanız "Xarici anbardadır" statusu aldıqdan sonra yeni tətbiq olunan "Smart Customs" mobil proqram təminatı vasitəsi ilə məhsulunuzu sizə təqdim edəcəyimiz "CRB" ilə başlayan izləmə nömrəsini (bağlama nömrəsini) qeyd etməklə (məs: CRB1234) bəyan etməyiniz mütləqdir. Əks halda bağlamanız Bakıya göndərilməyəcəkdir.

“Smart Customs” tətbiqindən istifadə «ASAN Login» sisteminə daxil olmaqla yalnız «Fərdi identifikasiya nömrəsi» (FİN), «Elektron-imza» və ya «ASAN İmza» vasitələri ilə mümkündür. Autentifikasiya vasitələrindən müvafiq olaraq biri seçilməlidir. "Bağlamanız xarici anbara daxil oldu" SMS bildirişini aldıqdan sonra sizə e-mail ilə bağlamanızı necə bəyan edəcəyinizlə bağlı təlimat göndəriləcək.

Qeyd 1: İzləmə nömrəsini qeyd edərkən "Bağlamalarım" bölməsində yerləşən Bağlama nömrəsini qeyd edin. Sifariş etdiyiniz mağazadan verilən izləmə nömrələri keçərsizdir. Yanlış qeyd etsəniz məhsulunuz bəyan edilməmiş sayılacaqdır.

Qeyd 2: Şəxsiyyət vəsiqənizin vaxtı bitdiyi halda, mobil nömrə sizin adınıza olmadığı halda «ASAN Login» sistemində qeydiyyatdan keçmək mümkün olmayacaq. Proqram təminatına daxil olduqda şifrənizi daxil etdikdən sonra “Mən robot deyiləm” xanası işarələnməlidir.

Qeyd 3: Bəyan olunmayan bağlamanı Gömrük orqanının tələbinə əsasən Azərbaycana göndərə bilmərik.

Aşağıda olan linkə keçid edərək tətbiqi endirə bilərsiniz.

Android: https://play.google.com/store/apps/details?id=com.crocusoft.smartcustoms
IOS: https://apps.apple.com/us/app/smart-customs/id1500376466